İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov tribunaya çıxdı: "Deyəsən məşqçiliyi bitirmək zamanıdır... Haqsızlığa baxmayaraq..." - VİDEO

6013 02.03.2024 00:04 İdman A A

Bu gün Heydər Əliyev Mərəzində “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqimat mərasimi keçirilib. 

Musavat.com xəbər verir ki, Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov mərasimdə çıxış edib. O qeyd edib ki, hər kəs doğru yolu göstərə bilər, amma onun icraçıları var: "Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün öncə komanda ilə söhbətim oldu. Geriyə qayıtdım, Qarabağı futbolçulara anlatdım ki, biz komandanı təmsil edirik. İnsanlar torpaqları geri qaytarmaq üçün canlarından keçiblər, əziyyətlər çəkiblər. Bu gün atasız-anasız o qədər uşaq var ki...Bizim rahat yaşamağımız üçün nələrdən keçiblər...Komandaya bunu çatdırdım. Komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istəyirəm".

Baş məşqçi əlavə edib ki, "Qarabağ” hər zaman etibarlı əllərdə olub: "Güclü kollektiv yaranıb. Bu günə gəlib çatmağımızda əməyi olan bütün oyunçuların hamısının burada olmasını istərdim. Amma bu futbol həyatıdır. Komandanın qurulmasında Rəşad Sadıqovun da əməyi var. Onu salamlayıram”.

Q.Qurbanov vurğulayıb ki, bütün ədalətsizliklərə baxmayaraq, komanda hər zaman daha güclü olmağı hədəf seçir: "Kadrlara baxıram, hər uğurdan sonra göz yaşlarımı gördüm. Deyəsən məşqçiliyi bitirmək vaxtımdır. Amma inanın ki, "Qarabağ" mənim üçün çox dəyərlidir. Hər zaman sevinmişəm. Hər kəs komandaya bu cür dəyər verirsə, əmin olun ki, gücümüzdən artığını etməyə çalışırıq ki, klub daha yaxşı, güclü olsun".

 

Nigar HƏSƏNLİ,
Video müəllifə məxsusdur
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR