İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: “Hakim penaltini verməyə bilərdi”

839 10.11.2023 00:19 İdman A A

“Hakim penaltini verməyə bilərdi”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer 04” klubuna uduzduqları Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra “CBC Sport” telekanalına deyib.

“Epizod rəqibin qapısında olsaydı, inanmıram ki, penalti verərdilər. Hakimlər komandaların səviyyə fərqini də düşünməlidir, bir az alicənab olmalıdırlar. Deyəcək bir şey yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Qarabağ” güclü rəqibi Almaniyanın "Bayer 04" ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR