İnsanlara hürriyət, millətlərə istiqlal!

Quran yandıranlarla məsciddə donuz saxlayanların Laçın yoluna qış hücumu

2558 22.01.2023 03:05 Yazarlar A A

İsveçdə terrorçuların cəzalandırılmasını tələb edən Türkiyənin acığına (?!) Müqəddəs Quranı yandıran kitab və insanlıq qatilini, həm də bəşəri cinayətkarı şövqlə izləyən Avropa ölkələri bir-birinin ardınca Azərbaycan əleyhinə qətnamə və etiraz bəyanatları qəbul edirlər. Qarabağdakı terrorçuları, Vardanyan, Arutyunyan kimi separatçıları, Azərbaycanın azı 700 min insanının başına müsibətlər gəlməsində birbaşa və dolayısı ilə rolu olanları, ASALA ardıcıllarını, Daşnaksütun tərəfdarlarını müdafiəsi edir “ədalətli” Qərb…

Nə baş verib? Həqiqətən Laçın yolu bağlanıbmı? Yox! Bunu Ruben Vardanyan da deyir ki, blokada yoxdur! Ekofəalların dinc aksiyasının başladığı 12 dekabrdan bu günədək Gorusla Xankəndi arasında 800-dən artıq yük və minik maşını hərə iki tərəfə keçib, bir nəfərin burnu qanamayıb! Xəstələrin Xankəndidən İrəvan xəstəxanalarına aparılmasına icazə verilmir? Onu kim deyir? Ermənilər özləri hər gün yeni statistika açıqlayırlar, 21 yanvarda da 6 nəfər müalicəyə getdi, hətta birinin hamilə olduğunu dedilər. Ümumilikdə 42 gündə 42 xəstə! Üstəlik, daşınan ərzağın, dərmanın hesabı itib, hələ Vardanyanın “alternativ həyat yolumuz var” etirafı...Görün oradan nələr, kimlər daşınır...

Laçın yolu xalq nəzarətində - aksiyanın 1 ayı üçün dəyərləndirmələr...

Bəs, bu, Avropa Parlamenti, ATƏT, Fransa, ABŞ...nə istəyir? Azərbaycana etiraz edənlərin dərdi, azarı nədir? 42 gündür Ermənistandan Qarabağa iranlı terrorçular daşınmır, buna görə isterikadadırlar? 42 gündür Ermənistan istehsalı olan minalar Qarabağa gətirilmir, Avropa, Amerikanı dəli eləyən budurmu? 44 günlük müharibədən sonra Qarabağ bölgəsində 282 azərbaycanlı həlak olub, yaxud ağır xəsarətlər alıb, Qarabağda basdırılmış minaların sayı 1 milyona çatır, hələ bu bəladan qurtulmaq üçün ölkəmizə illər lazımdır! ABŞ, Avropa təsisatları, ölkələri Azərbaycana mina fəlakətindən qurtarmaq üçün kömək etmir, maliyyə göndərmir – baxmayaraq ki, Qarabağ separatçılarına “mina təmizlənməsi ilə bağlı” hər il milyonlar ayırırdılar – Ermənistana heç olmasa, mina xəritələrini Azərbaycana verməklə bağlı çağırış etmir, üstəlik Azərbaycanla təhdid dilində danışırlar! Bu siyasətə ad qoymaq çox çətindir...

Ötən həftə ATƏT-in Daimi Şurasında İrəvanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda vəziyyət müzakirə olundu. Diqqət edin: Laçın yolundakı vəziyyət! Kim ölüb, kim itib ki, “vəziyyət”i müzakirə edirlər?! Müzakirələrdən yadda qalan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışı oldu: demə, Xankəndidə bir erməni uşağın könlünə banan düşübmüş, evdə olmayıb, qonşu evindəki bircə bananın yarısını kəsib, ona gətirib! Bunu danışıb və avropalılar zır çəkib ağlaşıblar. Guya Ermənistanda hamı banan yeyirmiş bütün günü, Qarabağdakı uşaqlara çatmayıb...Düşüklükdür sadəcə, ayrı ad tapmaq olmur.

Azərbaycan Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasını  məlumatlandırıb

Və az öncə daha bir ölkədən erməni şousuna dəstək gəldi.

Niderland parlamenti ölkə hökumətini və Avropa İttifaqı ölkələrini Laçın yolunun “kəsilməsin görə” Azərbaycana təzyiq göstərməyə çağırıb. Bu barədə Hollandiya Erməni Təşkilatları Federasiyası məlumat yayıb. Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) məmnunluqla qeyd edib ki, bu gün (21 yanvarda-E.P.) Niderland parlamenti səslərin böyük əksəriyyəti ilə “Xristian İttifaqı” fraksiyasının təqdim etdiyi və “Azərbaycanın Laçın dəhlizinin bağlanması”na işarə edən qətnaməni qəbul edib.

Qətnaməni parlamentdə Aİ Şurasının qarşıdan gələn iclasının gündəliyinə daxil edilmiş materialların müzakirəsi və paylanması zamanı cənab Don Seder (Xristian Birlik Partiyası) təqdim edib. Qətnaməni xanım Agnes Mulder (Xristian Demokratik Müraciət Partiyası) da imzalayıb. Qətnamələrdə qeyd olunur ki, “Dağlıq Qarabağa gedən yeganə yolun blokadası davam edir, bunun nəticəsində əhalinin humanitar vəziyyəti pisləşir”. İddia olunur ki, “Azərbaycan Laçın dəhlizinin açılması çağırışlarına məhəl qoymamaqda davam edir və eyni zamanda, Rusiya sülhməramlıları Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış bəyannamənin şərtlərinə əməl etmirlər”. “Qətnamədə Laçın dəhlizinin blokadasına son qoymaq və həmfikir ölkələri və Aİ üzvlərini bu prosesə cəlb etmək üçün hökuməti Avropa səviyyəsində Azərbaycana təzyiqləri artırmağa çağırır”, - bəyanatda deyilir.

Yanvarın 17-də Hollandiya Parlamentinə ərizə ilə müraciət edən və Laçın yolunun “blokunun açılması” ilə bağlı parlament qarşısında üç günlük səssiz etiraz aksiyası keçirən Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) Hollandiya hökumətindən ciddi və çevik addımlar gözlədiyini bildirmişdi. Soyuq iqlimdə “120.000 insanı qazsız, qida və dərmansız” qoyulduğu, elektrik enerjisinin yalnız məhdudiyyətlə verildiyi barədə “qış nağılı” da müraciətdə əksini tapırdı.

Laçın-Xankəndi yolu: Aksiya 33 gündür böyük əzmlə davam edir - Naxçıvan TV

Belə, Avropa Parlamentinin erməni saxtakarlığına 407 səslə qoşulmasından sonra Niderlanddan başqa nə gözləyəsiyik ki? Hətta bir müddət əvvəl Niderlanddan “Qarabağa hava nəqliyyatının açılması” ilə bağlı sərsəm çağırış da eşidilmişdi.

Qəribə görünə bilər, Avropa və Amerika Rusiyanın Xankəndiyə göndərdiyi Ruben Vardanyan rejiminə dəstək verməkdən ötrü bütün arsenalı ilə hərəkətə keçib. Düzdür, Vardanyan Rusiya vətəndaşlığından imtina etdi və Putin də onu vətəndaşlıqdan çıxartdı. Amma bunun bir oyun olduğunu Azərbaycanda hətta uşaqlar da bilirsə, qos-qoca Avropanın bixəbər qaldığını demək sadəlövhlükdür. Avropada da yaxşı bilirlər ki, Rusiya Vardanyanı Qarabağ separatçılarının başına müvəqqəti gətirib, ordan Ermənistana – Paşinyanın yerinə aparacaq. Amma yenə də onun rejimini yüksək tribunalardan müdafiə edirlər. Maraqlı bir detal var, əslində indiki məqamda Vardanyana Avropanın dəstəyi lazım deyil, “konkret tapşırıqla göndərilən” bu avantürist planın yarımçıq qalacağından ehtiyatlanır. Hətta dəfələrlə bildirib ki, biz Rusiyadan narazı ola bilmərik, bu, bizim əleyhimizə işləyə bilər. Bütün bunlara rəğmən, Qərb dolayısı və ya birbaşa Qarabağdakı separatçı rejimi müdafiə edir. Belə görünür ki, Qarabağ separatçıları uğrunda Qərblə Rusiya arasında mübarizə gedir. Düzdür, hələlik onlar Rusiya kimi, özlərinin “sülhməramlı”ları ilə Qarabağ separatçılarının yanında ola bilmirlər və bu, mümkün də görünmür. Amma uzaqdan Qarabağa baxa-baxa qalmış avropalı və amerikalı ermənipərəstlər heç olmasa bəyanatları, qətnamələri, Azərbaycana qarşı qara pair kampaniyası ilə erməni separatçılarının, bir ovuc Qarabağ ermənisinin “ürəyini fəth etməyə” çalışırlar. Nəyin naminə? Azərbaycandan 44 günlük zəfərin əvəzini çıxmaq üçünmü? Yoxsa Rusiyaya zərbə vurmaqdan ötrümü? Ya bəlkə Qarabağdakı mədənlərin qanunsuz istismarında Avropa ölkələrinin də şirkətlərinin fəaliyyətinə son qoyulmasına səbəb olan ekofəalların aksiyasına verilən qarşılıqdır? Beləcə, davam edirlər, amma böyük Xəlil Rza Ulutürk demişkən: “Bizə vız gəliyor, vız!” Söhbət Azərbaycan ərazisindən getdiyi kiminsə buraya burun soxması vəziyyəti dəyişə bilməz!

Ermənilər Zəngilanda məsciddə donuz saxlayıblar – VİDEO

Təəccüblənmirik. Quranı yandıranlar təbii ki, Qarabağda məscid dağıdanları, Allahın evində donuz saxlayanları müdafiə edəcəklər...Quranı yandıranlar paytaxtının tən ortasında erməni kilsəsini dipdiri saxlayan (!) Azərbaycanı “genosid”də ittiham edirlər! Türkiyəyə nifrət həm də Azərbaycanın yanında olmasına görədir, şübhəsiz! Türkiyə məscidlərimizin murdarlanmasına son qoyulmasında yanımızda oldu bütün varlığı ilə, odur ki, Türkiyəyə etiraz olaraq...Quranı yandırırlar, belə bir sərsəm, şərəfsiz etiraza polisin gözləri qarşısında şans tanıyırlar!

Quran yandırmaq demokratiya deyil: onlar nə etdiklərini anlayırlarmı? - FOTO

Qarabağdakı bədbəxt ermənilər də anlaya bilmirlər ki, Qərb dövlətlərindən gələn səslər dəstək deyil, əslində onları növbəti fəlakətlərə düçar etmək cəhdidir...

Elşad Paşasoy,
Musavat.com

Bakupost.az - Jurnalist Elşad Paşasoya AĞIR İTKİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR