İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq, biz qiyamı pisləməli...”  

604 24.06.2023 12:48 Siyasət A A

Milli Məclisin iclasında söz alan deputat Qüdrət Həsənquliyev Rusiyada baş verən vəziyyətə, “Vaqner”çilərin qiyamına diqqət çəkdi.

“Bu gün səhər öyrəndik ki, Priqojinin əsasən cinayətkarlardan ibarət olan silahlı dəstəsi qanuni hakimiyyətə qarşı qiyam qaldırıb, bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimi...”-deyə, deputat bildirdi.

Musavat.com-un məlumatına görə deputat qeyd etdi ki, Rusiya bizim tərəfdaşımız, böyük qonşumuzdur:

“1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq, biz qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsək də, Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Çünki həm də orda 2 milyon azərbaycanlı, türk xalqları, on milyonlarla müsəlman yaşayır. Çox istərdik ki, qanuni hökumət qardaş qanı axıtmadan, danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərksilah etsin”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR