İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğluya görə tutulan Fazil Qasımov haqqında yeni bilgilər – EKSKLÜZİV

9685 08.08.2023 13:34 Son xəbər A A

Musavat.com Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanılan Fazil Qasımov haqqında onun qohumlarından yeni bilgilər əldə edib.

Həmin bilgiləri təqdim edirik:

Fazil Qasımov 1985-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 700 balla ali məktəbə qəbul olub. Bir neçə universitetin məzunudur. 5 dil bilir. Uzun müddətdir ki, Türkiyədə yaşayır.

Qohumları iddia edirlər ki, Fazil Qasımov vətənpərvərliyi ilə seçilib. Yenə də onların məlumatına görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə çağırışlar edib, oxuduğu universitetlərlə əlaqəli işlər görüb. Cinayətə meyilli şəxs kimi tanınmayıb. Bu səbəbdən ailəsi Fazil Qasımovun saxlanılması xəbərindən şoka düşüb.

Musavat.com

***10:05

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən saxlanıb və istintaqa təhvil verilib.

Musavat.com bildirir ki, İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Musavat.com Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanan Fazil Qasımovun fotolarını təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR