İnsanlara hürriyət, millətlərə istiqlal!

Quba yolunda faciəvi qəza: 3 ölü, 7 yaralı - Fotolar, YENİLƏNİB

2308 17.02.2023 11:35 Hadisə A A

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və "Opel Astra" markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci ildə anadan olmuş Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu ildə anadan olmuş İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vüqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. 

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un xəbərinə görə, "Mercedes Vita" markalı "77-CY-723" dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı "50-DL-063" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR