İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qoy dünya görsün ki, Azərbaycan kimi sivil dövlət İran kimi bir vəhşi dövlətlə üz-üzədir” – Əhməd Obalıdan unikal təhlil VİDEO

769 31.01.2023 20:52 Gündəm A A

“Hazırda İranla bağlı baş verən proseslərin Azərbaycana çox xeyri var”.

Bu sözləri bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində GünAzTV-nin rəhbəri Əhməd Obalı bildirib. Ə.Obalı bildirib ki, İran kimi dünyada mənfur olan bir dövlət Azərbaycana nə qədər müxalifətçilikedirsə, onun Azərbaycana xeyri var: “Ermənilərin hazırda ən zəif cəhəti odur ki, onların iki himayədarı var, onlardan ikisi də bir-birindən pis vəziyyətdədir. İran və Rusiya. Dünyada İran bizim dostumuz kimi görünsə, bu, bizim ziyanımızadır. Onsuz da onlar bizə dostluq etməyəcəklər. Qoy elə düşmən kimi də qalsınlar. Qoy elə dünya görsün ki, bu sivil dövlət bir vəhşi dövlətlə üz-üzədir. İran dövlətinin vəhşiliyi bəllidir”.

Ə.Obalı eyni zamanda bildirib ki, Azərbaycandan İrana hər hansı hücuma yer yoxdur. Onun sözlərinə görə, əvvəla, logistik baxımdan nə İsrail, nə Amerika gəlib burdan İrana hücum edən deyil: “Bura gəlmək üçün ya Ermənistanın, ya da Gürcüstanın, ya da gedib Çinin üzərindən keçməlidir. İran onu bəhanə edir ki, Azərbaycana qarşı bundan basqı kimi istifadə etsin. Azərbaycan dövləti buna icazə verməz. Ağıllı siyasətlə bilir ki, biz başqalarının savaşında bir amilə çevrilə bilmərik. Eyni zamanda etirazların Azərbaycanda zəif olduğunu görmürəm. Cəmiyyətlərin sayına görə ən passiv etirazlar ərəblərdir. Ən pasiv farsların özləridir. Hay-küy onlardan çox gəlir, amma azərbaycanlılar da az etiraz etmirlər”.

Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR