İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxunc vəziyyət: Uşaqlarda xərçəng xəstəliyi artır - VİDEO

462 20.02.2024 22:12 Gündəm A A

Dünya Xərçəng araşdırmaları fondu bildirir ki, hər il dünyada orta hesabla 14 milyon insanda xərçəng xəstəliyi aşkarlanır. Buna genetik və digər faktorlar səbəb olur. Təəssüf ki, son illər bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı artıb. Ötən il ölkəmizdə 167 uşaqda xərçəng xəstəliyi aşkarlanıb.

BAKU.WS xəbər verir ki, onkoloq Afət Cabbarova "Xəbərin olsun" proqramına açıqlamasında, azyaşlılarda xəstəliyin yaranmasına əsas səbəbinin genetik faktorlar olduğunu bildirib:

"Uşaqlarda ən çox beyin mənşəli şişlərə rast gəlinib. Böyrək və göz dibi şişlərə də rast gəlinir. Bunlarda da genetik meyllilik üstünlük təşkil edir. 5-10 yaş arası uşaqlarda olur".

Həkim onu da qeyd edib ki, xəstəliyin yaranmasında qidalanmanın da rolu böyükdür:

"Bəzən deyirlər "fastfood" və qazlı içkilər bu xəstəliyi yaradır. Bu düz deyil. Amma bu şişin yaranmasında onların da payı var".

Ətraflı videoda:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR