İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qorxunc bir hücumdur" - Putin Duqinanın ölümündən DANIŞDI

2078 22.08.2022 19:44 Gündəm A A

Rusiya prezidenti Vladimir Putin Moskvada avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həyatını itirən Darya Duqinanın ailəsinə başsağlığı verib.

Musavat.com xəbər verir ki, Putin sözügedən hücumu pisləyib və Duqinanın Rusiyaya faydalarından danışıb.

"Hiyləgərcəsinə və qorxunc bir hücumdur, sevgi dolu və rəğbətli bir insan idi. O, jurnalist, ziyalı və müharibə müxbiri kimi vətənə xidmət edirdi",- deyə Putin bildirib.

Qeyd edək ki, Daryanın ölümü ilə bağlı bir neçə saat öncə atası Aleksandr Duqin də açıqlama vermişdi. O, qızının ölümündə Ukraynanı günahlandırıb. Lakin bildirib ki, bu faciə onları qorxutmağa yetməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR