İnsanlara hürriyət, millətlərə istiqlal!

Qol-qola getdilər - Ərdoğan və Putinin bu görüntüləri gündəm oldu - VİDEO

3605 17.09.2022 13:55 Maraqlı A A

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təkbətək görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin qol-qola görüşün keçiriləcəyi otağa gediblər.

Musavat.com xəbər verir ki, sözügedən görüntülər dünya mediasında gündəm olub.

Ərdoğanla Putinin sammitin keçirildiyi konqres mərkəzində qapalı görüşü 40 dəqiqə davam edib. Görüşdən əvvəl diqqətçəkən bir detal kameralara əks olunub. İki lider qol-qola görüşün keçiriləcəyi otağa daxil olublar. Hər fürsətdə Putini tənqid edən ABŞ prezidenti Bayden və Avropa liderlərinin bu görüntülərə reaksiyası da maraq doğurub.

Qol-qola gedən Ərdoğanla Putin arasında dərin söhbət olub. Sosial mediada yayılan görüntülər qısa zamanda çoxlu şərh və bəyənmə alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR