İnsanlara hürriyət, millətlərə istiqlal!

Qocalmanı gecikdirən yeganə üsul nədir? – Alimlər açıqladı

1741 19.05.2023 10:20 Son xəbər A A

Alimlər hipoksik məşqləri qocalmağa qarşı mübarizədə subut olunmuş yeganə üsul adlandırblar.

Azpost.info bildirir ki, orqanizmdə oksigen çatışmazlığı hipoksiya adlanır.

Nevroloq, Moskva Dövlət Universitetinin herontologiya bölməsinin sədri Valeri Novoselov “Gazeta.ru”ya bildirib ki, orqanizmin “oksigen aclığına” təsir edən hipoksik məşqlər effektivliyi sübut edilmiş yeganə üsuldur.

Qocalıq hipoksiya ilə əlaqəlidir. Qocalarda hüceyrlərin enerji mübadiləsində əsas rol oynayan ATF molekulu çatışmır. Ona görə də oksigen səviyyəsi pisləşir. Bir çox hallarda arterioskleroz adlanan arteriya divarlarında dəyişikliklər baş verir

Novoselovun sözlərinə görə, ona görə də gənc vaxtlarından hipoksik məşqlər keçirilməlidir. Bu məşqlər zamanı orqanizm bu rejimdə yaşamağa öyrəşir. Qocalanda isə oksigen çatışmazlığı insana mənfi təsir etməyəcək.

“Fikrimcə, bu qocalmaya qarşı yeganə profilaktik metoddur. Hipoksik metod əsasında məşqlər bu gün dünyada tətbiq olunur. Xüsusən bu ABŞ biznesmenləri arasında populyardır. Çünki bunun yan effekti yoxdur və elmi cəhətdən əsaslandırılıb”-deyə alim bildirib.

Mütəxəssisin sözlərinə görə, uzun müddətli hipostik məşqlər ona gətirib çıxarır ki, insan epigenetik (ətraf mühitin təsiri altında genlərin fəallığının dəyişilməsi) olaraq dəyişir. “Bu dəyişiklik irsi olaraq ötürülmür”-deyə alim bildirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR