İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qobu Park” yaşayış kompleksinin sakinlərinin avtobus dərdi- ŞİKAYƏT  

1443 27.10.2022 18:08 Sosial A A

 “Qobu Park” yaşayış kompleksinin sakinləri marşrutla bağlı problem yaşayırlar.

“Saat 17:00-da evdən çıxmışam, saat 18:49-dur hələ avtobusa minə bilməmişəm, nəinki, evə çatmaq”

Paytaxt sakini Şəkər Həsənova bildirir ki, onlarla sərnişin hər gün saatlarla yolda qalır. Evdən-işə, işdən-evə çatmaq üçün xeyli zaman sərf edir.

Bu barədə Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, hər gün saatlarda küçədə qalmalı olurlar. Onlar bildirirlər ki, kompleksə işləyən avtobuslar köhnə və nasazdır:

 “2 saata yaxındır 20 yanvar tərəfdə dayanmışıq. 194-ün birinci dayanacağı buradır. Avtobuslar gec gəlir, insanlar bel-belə gedirlər. Avtobuslar köhnədir, yolda xarab olurlar. Hər gün bu vəziyyətdir. Bu marşrut Qobuya işləyir. 37 binanın sakininə cəmi 1 marşrut ayrılıb, o da bu vəziyyətdə. Dəfələrlə yolda qalmışıq”.

Digər sakin Mahir Qurbanov isə qeyd edir ki, pik saatlarda vəziyyət daha da gərgin olur: “Axşam işdən çıxıram, dayanacaqda bəlkə 1 saat dayanıram. Bu qədər vaxta nə qədər insan yığılır. İndi təsəvvür edirsiniz, hətta avtobusa minə bilsən belə sıxlıq olacaq. Hələ avtobusların köhnə olması da bir dərddir. Əsəblərimiz korlanıb. Neçə ildir bu vəziyyət davam edir”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Musavat.com-a bildirdi ki, qurum problemdən xəbərdardır: "“BMH” MMC-nin istismarında olan 194 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti bizi də qane etmir. Bu məsələ ilə bağlı daşıyıcı qarşısında da tapşırıqlar qoyulub. Növbəti dəfə xəbərdarlıq edilməsi üçün daşıyıcı Əfqan Maqsudov da Agentliyə çağırılıb". 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR