İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal ərzaq qiymətləri ucuzlaşsa da,  buğda bahalaşıb

817 07.10.2022 13:20 İqtisadiyyat A A

Qlobal ərzaq qiymətləri altıncı aydır azalır.

Musavat.com BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına (FAO) istinadən xəbər verir ki, sentyabr ayında qlobal ərzaq qiymətləri indeksi avqusta nisbətən 1,1 faiz azalmaqla 136,3 bənd təşkil edib. Bu göstərici 2021-ci ilin sentyabrı ilə müqayisədə 5,5 faiz yüksəkdir.

FAO-nun hesablamalarına əsasən, sentyabrda bitki yağları 6,6 ucuzlaşmaqla cari ilin fevralından bəri ən aşağı həddə düşüb. Buna səbəb Argentinadan soya yağının, Qara dəniz regionundan günəbaxan yağının ixracının artması, həmçinin neft qiymətlərinin ucuzlaşmasıdır.

Ötən ay taxıl qiymətləri indeksində avqustla müqayisədə 1,5 faiz bahalaşma qeydə alınıb. Bu zaman buğdada 2,2 faizlik qiymət artımı müşahidə olunub ki, bu da quraqlıq üzündən ABŞ və Argentinada səpin işinin ləngiməsi, Ukrayna taxılının daşındığı dəhlizlə bağlı qeyri-müəyyənliyin artması, həmçinin daxili tələbatın yüksək olması fonunda Avropa İttifaqından ixracın sürətli artımı ilə bağlıdır.

FAO-nun süd məhsulları indeksi sentyabrda avqustla müqayisədə 0,6 faiz, ət qiymət indeksi 0,5 faiz, şəkər indeksi isə 0,7 faiz azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR