İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Xaç”ın Xankəndidəki "ofisi"nin fəaliyyəti Bakı ilə razılaşdırılıbmı?

810 18.05.2023 20:40 Siyasət A A

Ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın yolu ilə dərman və digər tibbi ləvazimatların daşınmasını bərpa edib.

Musavat.com bildirir ki, bu barədə BQXK-nın qondarma qurumdakı “ofisi”nin (?-M.) əməkdaşı Eteri Musayelyan açıqlama verib. “Digər fəaliyyətlərin bərpası üçün bütün qərar qəbul edən şəxslərlə müzakirələr davam edir”, - E.Musayelyan əlavə edib.

Qeyd edək ki, separatçılar BQXK-nin 27 apreldən etibarən Xankəndiyə gəlib-getməməsini Azərbaycanın guya məhdudiyyətlər yaratması ilə əlaqələndirməyə çalışsalar da, ötən gün qurum bunu təkzib edərək, qərarın onların özlərinə məxsus olduğunu açqlamışdı. Bu arada BQXK-yə məxsus avtomobillərin Laçın sərhəd-nəzarət məntəqəsində yoxlamalardan sonra Azərbaycana daxil olduqlarını əks etdirən görüntülər yayılıb.

Amma bu arada ortaya maraqlı sual çıxır: "Qırmızı Xaç”ın Xankəndidə "ofisi"nin yaradılması ilə bağlı qurum Bakının razılığını alıbmı?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR