İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı dənizlə yükdaşımalar dayandırılır

763 16.12.2023 21:17 Dünya A A

Yəməndəki husi qruplaşmasının Qırmızı dənizdə ticarət gəmilərinə dronlarla hücumu dünyanın iri daşımaçılıq şirkətlərini hərəkətə gətirib.

Musavat.com xəbər verir ki, dekabrın 15-də Danimarkanın gəmiçilik və logistika korporasiyası “AP Moller-Maersk” və Almaniyanın konteyner operatoru “Hapag-Lloyd” Qırmızı dənizdə konteyner daşımalarını dayandırmaq qərarına gəliblər.

Bu gün isə Fransanın “CMA CGM” nəqliyyat qrupu Qırmızı dənizdə konteyner daşımalarını dayandırır. Bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir: ““CMA CGM” Qırmızı dəniz bölgəsində kommersiya gəmilərinə edilən son hücumlardan dərin narahatdır. Vəziyyət pisləşməkdə davam edir və təhlükəsizliklə bağlı narahatlıqlar artır. Bu baxımdan biz bütün “CMA CGM” konteyner gəmilərini təlimatlandırmaq qərarına gəldik: bölgədə Qırmızı dənizdən keçmək, təhlükəsiz bölgələrə çatmaq və səfərləri dayandırmaq lazımdır”.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, dekabrın 16-da ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi “Carney” Qırmızı dənizdə üsyançı Ənsar Allah (Husi) hərəkatının nəzarəti altında olan Yəmənin ərazilərindən atılan 14 pilotsuz uçuş aparatını (PUA) vurub. Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, Britaniyanın “HMS Diamond” esminesi “Qırmızı dənizdə üzən ticarət gəmisini hədəf alan İHA-nı vurub.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi qruplaşması Fələstində əməliyyat dayandırılana qədər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Təkcə dekabrın 15-də Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi bu ərazidə ticarət gəmiləri ilə bağlı üç insident barədə məlumat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR