İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızların bayraq davası - Sadır Japarovun İnstaqram hesabına hücum ediblər

633 04.12.2023 11:32 Dünya A A

Son bir neçə həftə ərzində qırğızıstanlılar prezident Sadır Japarovun İnstaqramdakı paylaşımlarının altına Qırğızıstan bayrağının dəyişdirilməməsini tələb edən kütləvi şərhlər yazırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin son yazısı bu il noyabrın 4-nə təsadüf edir, o vaxtdan bəri Sadır Japarov öz səhifəsində heç nə yerləşdirməyib.

Qırğız Respublikasının prezidentindən sadə qırğız xalqını dinləməsi xahiş olunur.

Qırğızıstan xalqının ölkə bayrağı ilə bağlı müraciət və çağırışlarını Sadır Japarovun görüb-görməyəcəyi məlum deyil.

Qeyd edək ki, sentyabrın sonunda parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə çıxarıblar.

Prezident bayrağa dair öz variantını təklif edərək deyib ki, inşallah, bu variant keçsə, günəş şüaları kimi inkişaf etmiş və müstəqil ölkə olacağıq.

Yerli media qeyd edir ki, bayrağın dəyişdirilməsi Qırğızıstan ictimaiyyətinin tənqidinə və narazılığına səbəb olub. Amma buna baxmayaraq, noyabrın 28-də parlamentin müvafiq komitəsi yekdilliklə bayrağın dəyişdirilməsini dəstəkləyib. Bir gün sonra qanun layihəsi parlament tərəfindən birinci oxunuşda dəstəklənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR