İnsanlara hürriyət, millətlərə istiqlal!

Qidalarda xərçəng riski: 3 qatqıya diqqət yetirin!

965 28.02.2024 14:24 Dünya A A

"İşlənmiş qidalardan uzaq durun. Təbii qidalanmağa çalışın". Bu, həkimlərin tez-tez verdiyi məsləhətdir. Aparılan son araşdırma xərçəng və qida əlavələri arasındakı əlaqəni üzə çıxarıb. Araşdırmalara görə, qida məhsullarında istifadə edilən 3 qatqı xərçəng riskini artırır.

BAKU.WS-in xəbərinə görə, bunları bunu "NTV" telekanalına açıqlamasında həkim Murat Çağ deyib.

Onun sözlərinə görə, bəzi qida əlavələrinin başda döş və prostat olmaqla potensial xərçəng faktoru olduğu aydın olub.

Araşdırmalara zamanı könüllü iştirakçılardan 2604 nəfərə xərçəng diaqnozu qoyulub.

Həkim bildirib ki, 92 min insan hər gün yediklərini markaları ilə birgə qeyd ediblər.

"Tədqiqatçılar onların içərisində nə olduğuna baxıblar və bəzi maddələrin artan xərçəng halları olan insanlarla uyğunlaşdığını aşkar ediblər. Bu dəfə onları tədqiq edərək üç maddə aşkar ediblər. Bu maddələrə E407, E407a, E471 deyiblər".

E407 - qida əlavəsi Karragenan, qida sənayesinin bir çox sektorlarında geniş yayılmış qırmızı dəniz yosunlarından əldə edilən xətti sulfatlaşdırılmış polisaxaridlər ailəsidir. İstehsal həcmlərinin sabit artımına və onun istehsalı üçün xammalın çoxalmasına nə təsir edir.

Bu maddələr hansı qidaların tərkibində var?

Həkim deyir ki, bu əlavələr şokoladların, moyonezlərin və bəzi dondurmaların qabarması və köüpklənməsi üçün istifadə edilən maddələrdir. Onların hazırlanmasında istifadə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR