İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandı - ŞOK İDDİA

1006 25.01.2024 13:54 Dünya A A

Əfqanıstanın “Haşt-e Subh” qəzeti Bədəxşan əyalətində qəzaya uğrayan Rusiya şirkətinə məxsus “Falcon 10” təyyarəsindən təxminən 1,2 milyon dollar oğurlanması ilə bağlı xəbər yayıb.

Musavat.com xəbər verir ki, qəzada sağ qalan pilotlardan birinin atası Yuri Qraçov REN TV-yə müsahibəsində iddiaların yalan olduğunu bildirib.

Nəşrin məlumatına görə, qəzaya uğrayan təyyarəyə ilk çatan bir qrup "Taliban" oğurluqda şübhəli bilinir.

Hələlik nə "Taliban" nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.

Xatırladaq ki, Rusiyanın “Athletic Group” şirkətinə məxsus olan “Falcon 10” biznes-jeti ilə yanvarın 20-də axşam saatlarında əlaqə kəsilib. Yanvarın 21-i axşam qəzaya uğrayan təyyarədə 4 nəfərin sağ qaldığı məlum olub. Sağ qalanların müxtəlif dərəcəli bədən xəsarətlərinin olduğu müəyyən edilib. “Falcon 10” pilotu radardan itməzdən əvvəl hər iki mühərrikin nasazlığı barədə məlumat verib. Hadisədən sonra Rusiya İstintaq Komitəsi hava nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR