İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan pilot: “Təyyarədə bir milyon dollar olmayıb”

762 26.01.2024 12:57 Dünya A A

Əfqanıstanda qəzaya uğrayan “Falcon-10” təyyarəsinin pilotu Arkadi Qraçov Rusiyaya qayıtdıqdan sonra bir sıra KİV-lər tərəfindən internetdə yayılan məlumatları təkzib edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Qraçov “Falcon 10”-un göyərtəsində bir milyon dollar olduğu iddianın yalan olduğunu deyərək, təyyarədə pul olmadığını bildirib.

Pilot deyib ki, qəzadan sonra sağ qalanların olduğu aşkar edildikdə, əfqanlar onlara kömək ediblər, bəzi şəxslər yaralıları sözün əsl mənasında bellərində daşıyıblar.

"Əfqan xalqının özəlliyi ondan ibarətdir ki, onlar köməyə gəldilər", - Qraçov deyib.

O, əlavə edib ki, belə bir xidmətə görə ruslar yardım edənlərə təşəkkür etməyə bilməzdilər, ona görə də onlara “bir az pul” veriblər.

Daha əvvəl Qraçov pilotların təyyarəni təcili olaraq endirməyi necə bacardıqlarını danışıb. Onun sözlərinə görə, bu cür məsələlərdə mütəxəssislərin savadı çox kömək edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR