İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər mundialında sonuncu penaltidən əvvəl Messi nə pıçıldayıbmış...

3801 21.01.2023 12:25 İdman A A

 

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina yığmasının kapitanı Lionel Messinin həlledici penaltidən əvvəl söylədiyi 4 söz deşifrə edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, futbolçunun sözləri Dogor Twitter hesabında verilib.

Bildirilir ki, Qonzalo Montiel son penalti zərbəsini yerinə yetirmək üçün gələndə futbolçu göyə baxıb. Zərbədən əvvəl idmançı pıçıldayıb: "Bu gün ola bilər, nənə". İspan dilinə tərcümə edilən bu ifadə dörd sözlə səslənir.

Messinin 1998-ci ildə vəfat edən mərhum nənəsi Seliya Olivera Kuccitiniyə müraciət etdiyi bildirilir. Lionel uşaq ikən ona uğur qazanacağına və dünya kubokunu qaldıracağına söz veribmiş.

Messinin kapitanı olduğu Argentina millisi 2022-ci il dünya çempionatının finalında Fransanı məğlub edərək tarixində üçüncü dəfə kubok qazanıb. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında isə Argentina daha güclü olub - 4:2.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR