İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbin Ermənistanda uzunmüddətli planları yoxdur” - Akopyan

379 15.07.2024 15:52 Son xəbər A A

“Qərbə Ermənistana qərbpərəst yox, rusofob birinin rəhbərlik etməsi lazımdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi ekspert Vigen Akopyan bildirib.

“Ermənistana sadəcə qərbpərəst yox, “Mixail Saakaşvili” modeli lazımdır. Belə bir şəraitdə Qərbin Ermənistan qarşısında heç bir öhdəliyi olmayacaq, eyni zamanda ölkə Qərbdən müəyyən gözləntilərini saxlayır. Amma indi elə məqam yetişib ki, hətta baş nazir Nikol Paşinyan da ayağını əyləcdə saxlamaq, əslində nə baş verdiyini anlamaq və sövdələşməyə çalışmaq lazım olduğunu anlayıb.

Ermənistana 270 milyon avronu mərhələli şəkildə verən Qərb açıq şəkildə bildirir ki, onun ölkə ilə uzunmüddətli planları yoxdur. Onsuz da kiçik olan bu məbləğ hissə-hissə və çox güman ki, nəyinsə müqabilində verilir”, - deyə Akopyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR