İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycana qayıdış da danışıqların predmeti ola bilər” - politoloq  

658 01.11.2023 17:30 Siyasət A A

“Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla sülh üçün lazım olan beş maddəlik təklif irəli sürmüşdü. Bir il bundan əvvəl irəli sürülən beş maddəlik təklifi Ermənistanın rəsmi dairələri qəbul etdiklərini söyləmişdilər. Həmin beş maddənin içərisində onsuz da iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya-demarkasiyası və digər məsələlər əks olunmuşdu”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında söylədi.

TURAL.jpg (232 KB)

Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər sərgilədiyi “sülhməramlı” mövqedən, ayrı-ayrı təklif və təşəbbüslərindən bəhs edən siyasi şərhçi əlavə etdi ki, sülh müqaviləsindən sonra əsas məsələ delimitasiya ilə bağlı məsələdir: “Çünki artıq xeyli müddətdir ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya işləri ilə bağlı əməli addımlar atılmır. Bu da praktiki olaraq işlərin ləng şəkildə irəlləməyinə səbəb olur. Delimitasiya ilə bağlı SSRİ arxivlərində saxlanılan xəritələr var. Ermənistan xəritə məsələsində də manipulyasiya edərək ancaq özünün maraqlarını ehtiva edən, rəsmi hüququ olmayan və Sovet dövründəki erməni topoqraflar və kartoqraflar tərəfindən tərtib edilən qondarma hansısa xəritələrə istinad etməyə çalışır. Bunu da haqlı olaraq Azərbaycan qəbul etmir. Bundan sonra delimitasiya məsələsində xəritələrlə bağlı ciddi müzakirəyə ehtiyac var”.

T.İsmayılov bildirdi ki, Qərbi Azərbaycana qayıdış da danışıqların predmeti ola bilər: “Ola bilsin ki, ilin sonuna doğru imzalanacaq ilkin sülh müqaviləsində Qərbi Azərbaycanlıların qayıdışı məsələsi predmet kimi götürülməsin. Amma mütləq şəkildə artıq Qərbi azərbaycanlıların qayıdış məsələsinin Ermənistan tərəfi ilə müzakirə ediləcəyi ehtimal olunur. Hər halda soydaşlarımızın doğma yurdlarına dinc qayıdışı həm də Ermənistanın üzərinə təhlükəsizliklə bağlı ciddi çağırışlar qoyur. Qayıdış prosesində Ermənistan hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin də üzərinə iş düşür. Ona görə də dinc qayıdış prosesini müzakirə edərkən Ermənistan dövlətinin öz üzərinə düşən öhdəliklərə nə qədər əməl edib-etməyəcəyi məsələsi də danışıqların əsas predmeti olacaq. Sülh müqaviləsində hər şey artıq Ermənistanın atacağı addımlardan asılıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR