İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb şirkətlərinin 20 faizi Rusiyanı tərk edib

358 14.02.2024 15:48 Son xəbər A A

Avropa və Amerikanın iri şirkətlərinin təxminən 20 faizi Rusiya bazarını tərk edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov açıqlayıb.

Onun sözlərinə görə, qalan şirkətlər Rusiyada bizneslərini saxlayıb, bəziləri isə investisiyalarını artırır. Ölkəni tərk edən şirkətlərin çoxu aktivlərini geri almaq şərti ilə bazardan çıxıblar:

“Düşünürəm ki, bu rəqəmləri hamı bilmir, mən onları bu yaxınlarda xarici şirkətlərlə görüşdə özüm üçün qeyd etdim. 500 Avropa şirkətindən illik dövriyyəsi 0,5 milyard rubldan az olanları götürmürəm - Avropanın müxtəlif ölkələrindən indiyədək 500-dən yalnız 100-ü rəsmi olaraq gedib. Bu, 20 faizdir. Eyni zamanda adını çəkməyəcəyəm, amma əksəriyyəti geri qayıtmaq şansını saxlamaq üçün opsion əldə edib. Bu müddət prezident tərəfindən 2 il müəyyən olunub”.

Manturovun sözlərinə görə, Rusiyadakı Amerika şirkətləri arasında da gedən və qalan investorların oxşar nisbəti müşahidə olunur: “ABŞ-dan təmsil olunan iri müəssisələrə gəlincə, onların sayı 350 idi. 66 şirkət getdi, yenə eyni 19 faizlik göstəricidir. Hamısı geridönüş imkanı verən opsionlarla çıxıb. Bu, onu göstərir ki, bizim bazar cəlbedicidir və potensialımız da maraqlıdır”.

Nazir bildirib ki, Rusiyada qalan şirkətlərin çoxu sərmayələrini artırmağa davam edir: “Bu, həm dost, həm də dost olmayan ölkələrə aiddir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR