İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiyaya qarşı müttəfiqlər axtarışına çıxıb, Ermənistan növbəti qurban sayıla bilər - Sabahkı görüşlə bağlı ŞOK AÇIQLAMA

889 04.04.2024 20:30 Siyasət A A

“Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında görüşü haqqında müxtəlif məzmunlu məlumatlar mövcuddur”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bunu Musavat.com-a açıqlamasında söyləyib.

ilyas-huseynov.jpg (73 KB)

Ekspert 5 aprel Brüssel görüşü ilə bağlı açıqlamalara diqqət çəkib:

“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və Avropa İttifaqının diplomatik departamentinin mətbuat katibi Peter Stano dönə-dönə bildirdilər ki, görüş Azərbaycana qarşı yönəlməyib. Ardınca ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi də göstərir ki, Bakı üçün Vaşinqton prioritet təşkil edir. Əslində Qərb sadəcə Rusiyaya qarşı yeni müttəfiqlər axtarışına çıxıb və erməni dövləti növbəti qurban sayıla bilər. Bu gün Vaşinqton və Brüssel nə qədər çalışsalar da, ötən dövrdə buraxdığı səhvlərdən dolayı danışıqlar prosesi ilə bağlı onlara inam və etimad azalıb. 5 aprel görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesinə zərbə vurmaqla yanaşı, regionda yeni ayırıcı xəttlər yaradacaq.

Lakin ABŞ və Aİ tərəfindən Ermənistana hərbi əməkdaşlıq və hərbi yardım planları, o cümlədən qabaqcıl hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsi, erməni hərbi təlim proqramlarının və birgə təlimlərin sayının artırılması ən böyük maraq doğurur”.

İ.Hüseynov qeyd edib ki, xüsusilə, AB Ermənistanın hərbi ehtiyaclarını ödəmək üçün hazırda Rusiya ilə müharibədə Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsi üçün əsas vasitə olan Avropa Sülh Fondunun (European Peace Facility) mexanizmindən istifadə etməyi öhdəsinə götürür:

“Brüssel görüşünün əlamətdar nailiyyəti Rusiyanın məhdudlaşdırıcı tədbirləri zamanı İrəvanın iqtisadi və sosial nəticələrin öhdəsindən gələ bilməsi üçün Ermənistana büdcə dəstəyinin göstərilməsi üçün ABŞ və Avropa İttifaqının əlavə maliyyə resursları ayırması olacaq”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR