İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərb Rusiyanın müttəfiqlərini çətin vəziyyətə salır" - Lavrov

650 17.05.2023 13:52 Son xəbər A A

Qərb ölkələri Rusiyanın ən yaxın müttəfiqlərini, xüsusən də keçmiş Sovet İttifaqı ölkələrini Moskva ilə əlaqələrinə görə çətin vəziyyətə salmağa çalışır.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tsarqrad telekanalına müsahibəsində deyib.

"Ən yaxın müttəfiqlərimizin, strateji tərəfdaşlarımızın hərəkətlərinə, bəyanatlarına əsaslanan çoxlu faktlar var ki, onlar yumşaq desək, çox çətin vəziyyətə salınıblar", - Lavrov əlavə edib ki, müttəfiqlər iqtisadi zərərin qarşısını almağa çalışırlar.

Nazirin sözlərinə görə, Qərb bu ölkələrdən öz maraqlarına zidd, qızıl dağlar vəd edən addımlar atmamağı tələb edir, amma reallıqda bu, daxili işlərə qarışmağa gətirib çıxarır.

Lavrov əlavə edib ki, bu vəziyyətə görə müttəfiqlər Rusiya, eləcə də Avrasiya İqtisadi Birliyi, MDB ölkələri ilə iqtisadi əməkdaşlığı davam etdirdikləri üçün “iki atəş arasında qalırlar, lakin eyni zamanda Mərkəzi Asiya və Zaqafqaziya iqtisadiyyatında Qərbin payı artır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR