İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb investorları Ukraynanın bərpası üçün 15 milyard dollar toplamağı hədəfləyirlər

451 14.03.2024 19:37 Dünya A A

Qərb sərmayəçiləri Ukraynada bərpa işləri üçün 15 milyard dollara qədər vəsait cəlb etməyi gözləyirlər.

Musavat.com xəbər verir ki, Bloomberg “BlackRock” beynəlxalq investisiya şirkətinin sədr müavini Filip Hildebranda istinadən yaydığı məlumata əsasən böyük ehtimalla Lüksemburqda qeydiyyatdan keçəcək Ukrayna İnkişaf Fondu ölkələr, inkişaf bankları və digər qrantçılardan ən azı 500 milyon dollar, özəl investorlardan isə 2 milyard dollar almağı gözləyir.

Hildebrandın fikrincə, bu, Ukraynada ən azı 15 milyard dollarlıq bərpa işlərini maliyyələşdirəcək “sərmayə və borc investorları konsorsiumu”nun yaradılmasına gətirib çıxara bilər.

Fevralın ortalarında Dünya Bankı Ukraynanın növbəti 10 il ərzində bərpası üçün 486 milyard dollara ehtiyac olacağını təxmin edib. Dünya Bankının hesablamaları 2022-ci il fevralın 24-dən etibarən 31 dekabr 2023-cü il tarixinədək ölkənin binalarına və infrastrukturuna birbaşa fiziki zərər haqqında məlumatlara əsaslanır. Təşkilat qeyd edib ki, ən böyük xərclər mənzil tikintisi - 80 milyard dollardan çox, nəqliyyat - təxminən 74 milyard dollar, eləcə də ticarət və sənaye sektorunun bərpası (67,5 milyard dollar) ilə bağlı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR