İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Gürcüstanın Rusiya ilə yaxınlaşmasını niyə istəmir?..

504 23.05.2023 10:04 Yazarlar A A

Qonşu Gürcüstanda müxalifət yenə də etiraz edir - nəinki küçə və meydanlarda, hətta parlamentdə siyasi ehtiraslar səngimək bilmir. Səbəb də sadə və bəllidir: insanlar ölkələrinin növbəti dəfə Rusiya ilə yaxınlaşmasına etiraz edirlər. Bəli, ötən həftələrdə Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla aviareyslərin bərpa olunması və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sərəncam imzaladı. Ötən həftənin sonunda Rusiya təyyarələrinin Gürcüstana ilk uçuşu baş tutdu.

Amma ilk baxışda humanist bir addım kimi dəyərləndirilə bilən bu sərəncama Qərbdən neqativ münasibət gəldi. Bunun da bir neçə səbəbi vardı.

Brinicisi, xeyli müddət keçməsinə baxmayaraq, Gürcüstan-Rusiya müharibəsindən sonra Kreml Tiflisin maraqlarına cavab verən bircə belə addım atmayıb - Moskva gürcü torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır.

İkincisi, Gürcüstan-Rusiya müharibəsindən sonra gürcü dövləti yalnız Qərbin, xüsusən də ABŞ-ın səyləri nəticəsində müstəqil dövlət kimi qala bilibdir.

Üçüncüsü, Rusiya-Ukrayna müharibəsindən sonra dünya iki cəbhəyə bölünüb. Qərb dövlətləri Rusiya ilə münasibətləri kəskin şəkildə məhdudlaşdıraraq Moskvaya qarşı ən müxtəlif sanksiyalar qəbul ediblər. Bu prosesdə Tiflis özünü heç də nümunəvi müttəfiq kimi göstərmədi, demək olar ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Bu azmış kimi, indi də Moskva ilə özünün əlaqələrini daha da genişləndirməyə çalışır. Belə bir siyasət əlbəttə ki, Qərbin diqqətindən qaça bilməz - Tiflsiə bir neçə dəfə xəbərdarlıq edildi ki, birmənalı seçim etsin, ya Qərbin tərəfini tutsun, ya da Rusiyanın...

Prinsipcə, Gürcüstanın hakim partiyasını başa düşmək olar. Ukrayna müharibəsi çoxu üçün xəbərdarlıq oldu. Hamı deyirdi ki, bu müharibənin bitməsini gözləmək lazımdır. Amma buna ehtiyac qalmadı. Bu yaxınlarda bəlli oldu ki, Rusiyanın, məsələn, Moldova ilə bağlı ciddi planları var.

Ötən həftənin sonunda Moldova Prezidenti Maya Sandu bir daha bəyan etdi ki, Moskva ölkənin qanuni hakimiyyətini devirmək istəyir. Aydın məsələdir ki, Moldovanın yerində Gürcüstan da ola bilərdi. Biz hələ onu demirik ki, Avropa institutları Gürcüstanla müqayisədə Moldovaya daha yaxındır. Avropa İttifaqı Ukrayna və Moldovaya “namizəd dövlət” statusu verdi, Gürcüstanısa bu statusa layiq görmədi.

Halbuki Ukraynada və Moldovada korrupsiyanın miqyası Gürcüstanla müqayisədə daha böyükdür və bunu Avropa institutları dəfələrlə qeyd ediblər. Biz Ukraynaya belə statusun verilməsini başa düşürük - burada müharibə gedir və Kiyevə dəstək lazımdır. Amma Moldova haqqında nə deyirsiniz?

Düzdür, Ukrayna ilə müharibə başlayan kimi “Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq” - deyə bəyan edən Tiflisdən fərqli olaraq Moldova hökuməti nəinki rusiyayönmülü siyasət yürütmyə başlamadı, əksinə, bu gün də Moskvaya qarşı ciddi müqavimət göstərir.

Burada bir məsələni də qeyd edək ki, Ukrayna müharibəsinə qədər Kişinyov Avropa İttifaqına can atsa da, NATO ilə məsafə saxlamağa çalışırdı. Ukrayna müharibəsi Kişinyovun da NATO-ya münasibətini tamam dəyişdi - bu bir il ərzində Moldova hakimiyyəti Avropa İttifaqına və NATO-ya inteqrasiyanın ən müxtəlif variantlarını nəzərdən keçirib. Bu variantlardan biri də “unionistlərin” - Rumıniya ilə birləşmək tərəfdarlarının yanaşmasıdır və prezident Sandu da bu cinaha daxildir...

Bir sözlə, indi elə bir vaxtdır ki, keçmiş sovet məkanının bütün perimetri boyunca heç bir yer haqqında məşhur bir filmdə deyildiyi kimi, burada üfiqlər sakitdir söyləmək olmur. Hər yerdə narahatlıq və qanqaraçılığı hökm sürür. Ukrayna müharibəsi də bitmək bilmir. Ötən həftənin sonunda ABŞ Prezidenti Co Bayden Ukraynaya növbəti hərbi-texniki yardımın məbləğini elan etdi - bəli, Vaşinqton Kiyevə 375 milyon dollarlıq hərbi yardım edəcək. Bunun özü bir silahlanma yardımıdır və Qərb məhz bununla Moskvanı çökdürmək istəyir.

Sonda onu da qeyd edək ki, Tiflis bu ilin sonunda Aİ-dən “namizəd-dövlət” statusu alacağına ümid edir. Amma Avropa ekspertləri qeyd edir ki, Gürcüstanın Avropa meyarlarına uyğunluğu son vaxtlarda çox aşağı düşüb və təxminən 30 faiz təşkil edir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR