İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan məşhur bəstəkarla bağlı Baş nazirə müraciət

1068 25.11.2022 12:13 Gündəm A A

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdəki büdcə müzakirələrində Baş nazir Əli Əsədov və hökumət üzvlərinə müraciət etdi.

Bildirdi ki, gələn il məşhur bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın 85 illiyi tamam olacaq: “Amma onun adının əbədiləşdirilməsi üçün görülən işlər yarımçıq qalıb. Sənətçinin 85 illiyinə az qalıb, hörmətli Baş nazirin burada olmasından istifadə edərək bildirirəm ki, Elza İbrahimovanın yaşadığı yerdə memorial abidənin qoyulmsı ilə bağlı qərar vardı. Amma təəssüf ki, memorial abidə qoyulmayıb”. Q.Paşayeva xatırlatdı ki, Elza xanımın Vətən, Qarabağ üçün çox vacib, gözəl əsərləri var: “Onu diqqətdən kənar qoymaq olmaz. Gələn il yubileyi ilə bağlı onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR