İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid kapitan Ruslan Qəhrəmanovun ailə üzvləri ilə görüşüb

622 19.12.2022 15:29 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ruslan Qəhrəmanovun atası və xanımı ilə görüşüb.

Musavat.com xəbər verir ki, şəhidin atası Mehman Qəhrəmanov və xanımı Elsevər Qəhrəmanova ilə ətraflı söhbət edən komitə sədri onların ürək sözlərini dinləyib, fədakar zabitimizin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb.

Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının hər bir millət vəkili, hər bir dövlət qulluqçusu, cəmiyyətin hər bir aparıcı üzvü üçün də əsil örnək olduğunu deyib. Komitə sədri şəhid ailələri ilə hər bir görüşün onun üçün əziz, doğma və unudulmaz olduğunu bildirib, şəhid zabitin əziz ruhuna dərin ehtiramını yetirib.

Qeyd edək ki, Ruslan Mehman oğlu Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyada - peşəkar hərbçi olan atasının hərbi xidmət etdiyi Maqdeburq şəhərində anadan olub.

Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 5-də şəhid olub. Şəhidimiz Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Ailəli idi. İki qızı və bir oğlu yadigar qalıb.

Qeyd etdiyimiz kimi, şəhidimizin atası da hərbçi olub, o və şəhidimizin iki əmisi I Qarabağ müharibəsinin qazisidir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Ruslan Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhid zabitimiz həmçinin “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (05.11.2021) medalı ilə, habelə öncəki hərbi xidmət illərində “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (26.06.2018), III dərəcəli “Qüsursuz xidmətə görə” (26.06.2020) medalı ilə təltif edilib.

Şəhid Ruslan Qəhrəmanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin “Vətən müharibəsi” fonduna təhvil verilib.

Ruhu şad olsun!

WhatsApp Image 2022-12-19 at 15.20.58 (1).jpeg (360 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR