İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Dubayda keçirilmiş Qlobal Qadınlar Sammitində çıxış edib

284 11.05.2023 11:45 Son xəbər A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dubayda keçirilmiş Qlobal Qadınlar Sammitində çıxış edib.

Komitə sədri öz çıxışında Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, müvafiq dövlət siyasəti haqqında ətraflı danışıb.

Q.Paşayeva Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrdən, onun təşəbbüsü, ideyası əsasında görülən işlərdən söz açıb.

Komitə sədri Azərbaycan Respublikasını Şərqdə və hətta bir sıra Avropa dövlətlərindən öncə qadınlara seçmək-seçilmək hüququ verən Xalq Cümhuriyyətinin varisi olduğunu xatırladıb. Azərbaycan qadının hələ ötən yüzilliyin əvvəllərində maarifçilik hərəkatındakı mühüm mövqeyini vurğulayıb. Azərbaycanlı qadınların onilliklər ərzindəki fəaliyyətlərinin nəticələrinin yalnız respublika miqyasında qalmadığını, regiona təsir etdiyini deyən Q.Paşayeva, Mehriban xanım Əliyevanın son illər Xoşməramlı səfir və Heydər Əliyev Fondunun prezidenti olaraq beynəlxalq miqyaslı fəaliyyətindən danışıb.

Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin regionda yeni reallıqlar yaratdığını vurğulayan Q.Paşayeva, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətmiş olduğu vandalizm aktlarına diqqət çəkib. Komitə sədri Qarabağda azadlıqdan abadlığa, erməni işğalçılığından quruculuğa – vandallıqdan mədəniyyətə keçid dönəmində həyata keçirilən layihələrə diqqət yönəldib.

68d72297-ee1f-4a51-bfdb-1d17bbdc6692.jpg (97 KB)

Q.Paşayeva 1 milyon azərbaycanlının, o cümlədən 100 minlərlə azərbaycanlı qadın və uşağın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından, habelə Qərbi Azərbaycandan qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının belə pozulmasından bəhs edib. “Qadınlarımızın, uşaqlarımızın, ümumən qaçqın və məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən bu gün də pozulmaqda davam edir. Rəsmi İrəvan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına mümkün olduğunca gec qayıtması yaxud qayıda bilməməsi üçün onların evlərini sökməsi yetmirmiş kimi, bir də, müxtəlif ərazilərə çoxsaylı minalar basdırıb”.

Q.Paşayeva deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün ictimai fəal qadınlar, özəlliklə beynəlxalq aləmdə nüfuz sahibi olan qadınlar bu kimi vandalizm aktlarına biganə qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

#globalsummitofwomen #Azerbaijan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR