İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva bir qrup şəhid ailəsi üzvləri ilə görüşüb - Fotolar

628 28.11.2022 13:15 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Aprel döyüşlərinin şəhidi Sahil Həsrət oğlu Şirinovun anası Şəhla Şirinova, II Qarabağ müharibəsinin şəhidi Sərdar İsmayılovun valideynləri Sərvər İsmayılov və anası Həmidə Aslanqızı, II Qarabağ müharibəsinin qazisi olmuş xüsusi təyinatlı döyüşçü, ötən ilin noyabrında vəfat etmiş İslam Dursun oğlu Əlizadənin anası Mehparə Hüseynova, II Qarabağ müharibəsinin şəhidi Elçin Süleymanovun xanımı Amilə Ələkbərova və şəhidin atası Tehran Süleymanovla, 13 sentyabr 2022-ci ildə Kəlbəcərdə Ermənistanın irimiqyaslı hərbi təxribatının qarşısını alarkən şəhid olmuş Firuz Əhmədovun xanımı Ayşən Əhmədova ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə şəhid ailələrinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə, ümumən müharibə iştirakçılarına yüksək diqqət-qayğısından, həssas münasibətindən bəhs edərək, bu həssaslığın hər bir millət vəkili, dövlət qulluqçusu, ziyalı, cəmiyyətimizin hər bir aparıcı üzvü üçün örnək olduğunu deyib.

Q.Paşayeva şəhid ailələrini Ermənistan üzərində tarixi Zəfərin ikinci ildönümü münasibətilə bir daha təbrik edib, onlara ən xoş diləklərini yetirib:

“Düşmən üzərində tarixi Zəfərimizin ikinci ildönümündə, ümumən bütün əlamətdar günlərdə ilk növbədə şəhid ailələrimizlə görüşmək bizim mənəvi borcumzdur. Şəhid ailələrimizlə hər görüş bizimçün çox doğma, əziz, unudulmaz  görüşdür. Tarixi Zəfərimiz, Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin yerinə Azərbaycan mədəniyyətinin o torpaqlara qayıtması ölkəmizin bütün vətəndaşlarının, Dünya Azərbaycanlılarının, Türk dünyasının, eləcə də, Xeyirin Şər üzərindəki qələbəsinə tərəfdar olan tərəqqipərvər bəşəriyyətin bayramı dəyərindədir. Şəhidlərimiz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, haqqın-ədalətin bərpasına xidmət edib. Ruhları şad olsun!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR