İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Bərdədə mədəniyyət işçiləri ilə görüşüb- FOTOLAR  

949 12.09.2022 15:46 Mədəniyyət A A

 

Millət vəkili, Milli Məclisin Mədəniyyyət Komitəsinin sədri Qənirə Paşayeva Bərdəyə səfəri çərçivəsində millət vəkili həmkarı Fatma Yıldırımla birgə Bərdədə fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, yalnız Bərdədən deyil, regional mədəniyyət idarəsinin əhatə etdiyi digər şəhər və rayonlardan Bərdəyə gəlmiş mədəniyyət işçiləri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edən Komitə sədri, onların fəaliyyəti ilə yaxından tanış olmuş, onlara uğurlar arzulamışdır. Qeyd edək ki, Regional Mədəniyyət İdarəsi ilə Mədəniyyət Komitəsinin birbaşa əlaqələri Mədəniyyət Nazirliyi ilə əlaqələrlə yanaşı regionlarda həyata keçirilən tədbirlərin sayının artması, yaddaqalan layihələrlə çıxış etmək və bir növ bölgələrə açılım mahiyyəti daşımaqdadır. Mədəniyyət Komitəsinin Regional Mədəniyyət idarələri ilə birgə həyata keçirdiyi tədbirlər, Mədəniyyət Komitəsi sədrinin regionlarda fəaliyyət göstərən mədəniyyət işçiləri ilə, incəsənət xadimləri ilə görüşləri onların fikir və düşüncələrini bilavasitə öyrənmək və mədəniyyət təsərrüfatımızı canlandırmaq baxımından əlamətdardır.

Millət vəkili eyni zamanda Bərdədə regionda yaşayan və fəaliyyət göstərən fəal gənclər, gənclər təşkilatları, könüllülərlə görüşüb və fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva gənclərimizə dövlətimizin və millətimizin daha da güclənməsi istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb və onların bəzi suallarını cavablandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR