İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qəhrəman övladıyıq” adlı bədii-musiqili kompozisiyanın təqdimatı baş tutub - Fotolar

1076 08.11.2022 18:31 Sosial A A

7 noyabr tarixində “PAŞA Həyat” və “PAŞA Holding” şirkətlərinin birgə təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə “Qəhrəman övladıyıq” adlı şəhidlərə həsr olunmuş bədii kompozisiyasının təqdimat mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, Zəfərin ikinci ildönümü ərəfəsində ərsəyə gələn layihə çərçivəsində şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, professor Könül Hüseynovanın bəstələdiyi mahnının ifaçıları Vətən uğrunda canını qurban verən şəhidlərimizin övladları olub.

Təqdimat zamanı “PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov layihə haqda qısa məlumat verib, “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin bu mövzuya olan diqqətindən danışıb. Daha sonra layihə rəhbəri Məryam Xanım Abasaliyeva layihənin yaranma tarixi və detallarından bəhs edib.

Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Sabinə Əliyeva, millət vəkili Ceyhun Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə flialın müdiri Elnur Əliyev və Şəhid polkovnik-leytenant Raquf Oruscovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə iştirak və çıxış ediblər. Sevinc Alızadə Suqovuşanda, Şuşada və digər ünvanlarda keçirilən möhtəşəm tədbirlərə dəstək verən qurumlara, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Paşa Holding”ə, “PAŞA Həyat”a təşəkkürünü bildirib. Bəstəkar Könül Hüseynova layihə barədə danışıb, şəhidlərimizə, onların ailə üzvlərinə, övladlarına diqqət, sayğı göstərənlərə minnətdarlıq edib, həmçinin layihənin ərsəyə gəlməsinə köməklik göstərən şirkətə ünvanlı xoş sözlərini söyləyib.

Yüksək səviyyədə təşkil olunan tədbirin sonunda şəhidlərə həsr olunmuş unikal vahid fotobank nümayiş olunub. Bildirilib ki, www.Karabakhlife.az saytı vasitəsilə hər bir istifadəçi həm məlumatları əldə edə, həm də platformada mövcud olan məlumatları zənginləşdirə bilər.

Qeyd olunub ki, sözügedən layihələr “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir!

Zəfəri bizə bəxş edənlərə ithaf olunmuş həmin bədii-musiqili kompozisiyanı şirkətin rəsmi sosial səhifəsindən izləyə bilərsiniz:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR