İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb FOTO VİDEO

355 19.06.2023 13:45 Son xəbər A A

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilmiş tədbir zamanı rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. A.Yusibov ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR