İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə ağır qəza: Üç avtomobil toqquşdu - AÇIQLAMA + VİDEO

464 30.01.2024 17:24 Hadisə A A

Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, qəza rayon mərkəzindən Tufandağa gedən yolda baş verib.

Hadisə zamanı “KIA Sorento”, VAZ-2114 və “Opel” markalı avtomobillər toqquşublar.

Qəza nəticəsində yol bir müddətlik bağlanıb. Hadisədən yayınmaq istəyən digər “Opel” markalı avtomobil isə yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb və hazırda yolda avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur.

Hadisənin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR