İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxla sərhəddə ermənilər etiraz edir, Paşinyan isə onlarla razılaşmır, "demarkasiya olacaq", deyir- VİDEO

1018 17.05.2024 11:29 Siyasət A A

“Azadlıq” radiosunun erməni bürosu Qazaxla sərhəddə yerləşən Kirants kəndindən reportaj edib.

Musavat.com xəbər verir ki, reportajda kəndin sakinləri deyirlər ki, onlar demarkasiya prosesindən narazıdırlar. Ermənilər kəndin mərkəzinə toplanaraq bildirirlər ki, bizə konkret məlumat verilmir ki, haqqında danışılan 25 hektar ərazi hara düşür.  

Ermənilər yenə də həyasızcasına iddia edirlər ki, “torpaq”larını Azərbaycana verməyəcəklər.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti artıq lazımı addımları atıb və hüquqi qüvvədə olan sərhədlərin bərpası üzrə işlər davam edir.

Bunu sadə ermənilərdən fərqli olaraq Paşinyan da başa düşür. Paşinyan deyib ki, problem olan ərazilərdə dövlətləri tərəfindən müvafiq addımları atacaqlar.

Video-reportajı təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR