İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan köçənlər azalıb - Nəyə görə?

599 26.01.2024 15:17 Dünya A A

2023-cü ildə Qazaxıstanı 15 min nəfər tərk edib.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya komitəsinin rəhbəri Askarbek Yertayev keçirdiyi brifinqdə danışıb.

“Son 10 ildə ilk dəfə 2023-cü ildə xarici miqrasiyada müsbət tendensiya müşahidə olunur. 2023-cü il dekabrın 1-nə miqrasiya saldosu +8,3 min nəfər təşkil edib. Ölkəyə 23 min nəfər gəlib, 15 min nəfər gedib. Ölkələr üzrə miqrasiyanın artımı əsasən MDB və Çinə aiddir”, - deyə Yertayev bildirib.

Onun sözlərinə görə, təhsilin səviyyəsində də müsbət saldo müşahidə olunur, ölkəyə gələnlərin içində savadlı adamlar gedənlərin sırasındakı savadlılardan çoxdur.

Qazaxıstanda köçənlərin sayının azalmasını Rusiyanın Ukrayna ilə apardığı müharibə ilə bağlayanlar da var. Belə ki, əvvəlki illərdə qazaxlar ən çox Rusiyaya köçürdülər. Son iki ildə Rusiyaya köçən qazaxları (eləcə də digər xalqların kişi cinsindən olan nümayəndələrini) hərbi xidmətə, müharibəyə getməyə vadar edirlər deyə, artıq iş dalınca Rusiyaya getmək əlverişli sayılmır. Bu isə miqrasiya statistikasına təsir göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR