İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda çəyirtkələrlə mübarizəyə 3.8 milyard tenge xərclənəcək

307 05.04.2023 11:44 Son xəbər A A


Qazaxıstanda çəyirtkələrlə mübarizə üçün 2023-cü ildə dövlət büdcəsindən təxminən 3.8 milyard tenge ayrılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 “Bu il sürü çəyirtkəsinin zərərvericilərinə qarşı mübarizəyə respublika büdcəsindən 3,8 milyard təngə vəsait ayrılıb. Mütəxəssislərin fikrincə, çəyirtkələr 1,6 milyon hektar əraziyə yayıla bilər. Bu günədək 385,3 min hektar sahədə lazımi pestisid ehtiyatı formalaşıb”, - deyə məlumatda bildirilir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, rayonlarda icra hakimiyyətləri ilə birlikdə operativ qərargahlar yaradılıb, monitorinq və kimyəvi təmizləmə işlərinin aparılması üzrə iş planı təsdiq edilib.

"Ərazilərin emalına xüsusi texnika, o cümlədən yerüstü və hava nəqliyyatı cəlb olunacaq", - nazirlik əlavə edib.

Nazirlikdən verilən məlumata görə, bu günə qədər Türküstan bölgəsində Mərakeş çəyirtkə sürfələrinin yumurtadan çıxması qeydə alınıb.

“Artıq pestisidlər tam həcmdə rayona çatdırılıb. Aprelin 8-9-da isə mühafizə tədbirlərinə başlanılması planlaşdırılır. Digər bölgələrdə çəyirtkə ocaqları aşkar edildikdən sonra torpaqların dərmanlanması başlanılacaq. Qonşu dövlətlərlə həmsərhəd ərazilərdə birgə müayinələr aparılacaq. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri bunu Rusiya, Çin və Özbəkistandan olan həmkarları ilə əvvəlcədən razılaşdırıblar”, - deyə Kənd Təsərrüfatı Nazirliyi yekunlaşdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR