İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan səmasını xarici aviaşirkətlər üçün tam açdı

595 02.12.2023 15:20 Dünya A A

Xarici aviaşirkətlər təyyarələrin uçduğu tezlik və növündən asılı olmayaraq, Qazaxıstanın iri şəhərlərinə uçuşlar həyata keçirmək hüququ əldə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Nəqliyyat Nazirliyinin “açıq səma” rejiminin tətbiqi ilə bağlı əmrinə dəyişiklik edilib, xarici aviaşirkətlərə Qazaxıstan daşıyıcılarının fəaliyyət göstərmədiyi istiqamətlərdə yalnız “hava azadlığının” beşinci dərəcəsindən istifadə hüququnun verilməsi baxımından əvvəllər mövcud olan məhdudiyyət aradan qaldırılıb. Beləliklə, xarici aviaşirkətlər Qazaxıstanın bir sıra hava limanlarına təyyarələrin tezlikləri və növləri üzrə məhdudiyyətlər olmadan, o cümlədən marşrutlarda məhdudiyyət olmadan beşinci “hava azadlığı” dərəcəsi ilə uçuşlar həyata keçirmək hüququ əldə ediblər.

Nazirlik hesab edir ki, sənayedə rəqabətin inkişafına yönəlmiş belə bir addım gələcəkdə aviabiletlərin qiymətinin aşağı salınmasına, xidmətin yaxşılaşdırılmasına və uçuşların coğrafiyasının genişləndirilməsinə töhfə verəcək.

Qazaxıstanda “açıq səma” rejimi Astana, Almatı, Aktau, Aktobe, Karaqanda, Kokşetau, Pavlodar, Petropavlovsk, Semey, Taraz, Türküstan, Ust-Kamenoqorsk və Çimkənd hava limanlarında fəaliyyət göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR