İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan benzin alışını 3 dəfə artırmaq istəyir

470 28.09.2023 19:48 İqtisadiyyat A A

Qazaxıstanın Energetika Nazirliyi Rusiyadan olan həmkarları ilə oktyabrda benzin tədarükünün artırılmasını müzakirə edir.

Musavat.com nazirliyin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Qazaxıstan gələn ay Rusiyadan ala biləcəyi benzinin həcmini 3 dəfə artırmaq istəyir.

Beləliklə, Qazaxıstanın Şimal qonşusundan benzin tədarükü 40 min tondan 110 min tona qədər artırılacaq.

Bu artımın səbəbi Qazaxıstanın Atırau Neft Emalı Zavodunda oktyabrın ilk günlərindən noyabrın 3-dək nəzərdə tutulan planlı təmir işləridir. Həmin müddətdə zavodda istehsal tam dayandırılacaq.

Qazaxıstanın Energetika Nazirliyi bildirir ki, artım indikativ balans üzrədir və məcburi tədarüklər demək deyil. Belə ki, zərurət yaranmasa Qazaxıstan həmin həcmlərin hamısını almaya bilər. Rəsmilərin fikrincə, Atırau neft emalı zavodu vaxtında təmirdən çıxsa, Qazaxıstan daxili yanacaq bazarını müstəqil şəkildə təmin edə biləcək.

Qeyd edək ki, Azərbaycanda yeganə neft emalı zavodu olan Bakı NEZ bu il profilaktik təmirə dayanmayıb. Adətən bu, oktyabr-noyabr aylarında baş verir. Təmir müddətində Azərbaycanın Aİ-92 benzininə olan tələbatının mühüm hissəsi Rusiyadan təmin edilir. Lakin sentyabrın 21-dən etibarən Rusiya kiçik istisnalarla benzin ixracına qadağa tətbiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR