İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiya ərazisi ilə Almaniyaya neft göndərəcək

389 15.12.2023 19:43 Dünya A A

Qazaxıstan və Rusiya 2024-cü ildə “Drujba” neft kəməri sistemi ilə Almaniyaya 1,2 milyon tona qədər neft nəqli barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a ölkənin Energetika Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, ötən ilin sonunda Qazaxıstan tərəfi ilə Almaniya və Rusiya tərəfləri arasında Qazaxıstan neftinin Transneft PJSC sistemi ilə nəqlinə dair sazişlər çərçivəsində 1,2 milyon tona qədər miqdarda neftin nəqlinə dair razılaşma təmin edilib.

Daşıma Atırau-Samara neft kəməri ilə “Drujba” sistemi vasitəsilə Almaniyaya Şvedt neft emalı zavodu istiqamətində həyata keçirilir.

Belarus bu günlərdə Qazaxıstan nefti üçün tranzit haqqını 43 faiz artıracağını bəyan edib. Qazaxıstanın Energetika Nazirliyi Minskin bu təklifinə qarşı çıxıb. Nazirlik məsələ ilə bağlı Belarus İqtisadiyyat Nazirliyi və “Belneftexim” konserni ilə müvafiq danışıqların aparılacağını elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR