İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Novorossiyskdən neft ixracını kəskin artırdı

642 04.01.2024 18:53 İqtisadiyyat A A

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2023-cü ildə Novorossiysk yaxınlığındakı dəniz terminalından rekord həddə - 63,47 milyon ton neft ixrac edib.

Şirkətin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, bu, 2022-ci illə müqayisədə 4 milyon 762 min 749 ton çoxdur və CPC-nin bütün tarixində maksimal göstəricidir.
2023-cü ilin noyabr-dekabr aylarında əlverişsiz hava şəraiti ilə əlaqədar konsorsium neftin tankerlərə yüklənməsini dəfələrlə dayandırmaq məcburiyyətində qalsa da, 2023-cü il ərzində 578 tankerin yüklənməsi təmin edilib.

2023-cü ildə CPC-nin Novorossiyskdən dünya bazarına göndərdiyi neftiun 56,05 milyon tonu(Ötən il 53 milyon ton) Qazaxıstana, 7,42 milyon ton Rusiyaya məxsus olub. Ötən il CPC boru kəməri sisteminə ən böyük neft həcmləri Qazaxıstanın Tengiz, Karaçaqanak, Kaşaqan yataqlarından müvafiq olaraq 27,46 milyon ton, 9,62 milyon ton və 17,9 milyon ton olmaqla göndərilib.

CPC qeyd edir ki, ümumilikdə, 2001-ci ildən 2024-cü il yanvarın 1-i daxil olmaqla, Tengiz-Novorossiysk neft kəməri sistemi vasitəsilə dünya bazarlarına 888 milyon tondan çox neft çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR