İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda AİLƏ DAVASI: Dayısını boğazından bıçaqladı

720 09.07.2024 15:08 Kriminal A A

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Hümbət Məmmədov yaşadığı evdə dayısı, 1977-ci il təvəllüdlü Ramin Ömərovu bıçaqlayıb.

Boğazından və qolundan bıçaq xəsarətləri alan Ramin Ömərov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Hümbət Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR