İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qazax istiqamətində ermənilər tərəfindən ələ keçirilən ərazilərimiz mütləq şəkildə qaytarılacaq” - komitə üzvü

887 05.04.2023 19:12 Gündəm A A

“Razıyam ki, faktlara söykənməyən bəyanatlar sonsuzadək davam edə bilməz və sülhün bərqərər olmasına mane törədən bir amil kimi istəsə də, istəməsə də Ermənistana başa salınacaq. Əks halda, Azərbaycan tərəfi indiki şəraiti nəzərə alaraq hərəkət edəcək”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Millət vəkili bu proseslərdən mənfur niyyətləri üçün yararlananlardan da bəhs etdi: “Adını müşahidəçi missiya qoyub, vizual kəşfiyyatla məşğul olan Fransa və digər havadarlar başa düşməlidirlər ki, onlar birtərəfli mövqe tutduqca problemlıər daha da böyüyür və hərbi qarşıdurmalara zəmin yaradır. Onlar elə başa düşməsinlər ki, bu, tək regiona savaş gətirir, eyni zamanda bu və ya digər şəkildə beynəlxalq səviyyədə qarşıdurma yaradır. İstər Praqa görüşləri, istər Soçi danışıqları sərhədlərlə, xəritələrlə bağlı öz yekun sözünü dedi. Lakin Qərbin və digərlərinin öz siyasi maraqları yenə də balansın pozulmasına gətirib çıxardı”.

A.Nağıyev Erməniatanın işğalı altında hələ də qalan ərazilərdən bəhs etdi: “Məlumdur ki, Qazax istiqamətində ermənilər tərəfindən ələ keçirilən ərazilərimiz mütləq şəkildə qaytarılacaq, çünki ən ciddi kommunikasiyaların, loqistik daşımaların keçdiyi yerdir və bu bəlkə də ən çox ermənilərə lazımdır. Zəngəzur isitiqamətindəki problemlər də yenidən vasitəçi seçilməklə maraqlı dövlətlər tərəfindən edilir. Çünki regionda nüfuzunu itirənlər bu yolla onun bərpasına çalışırlar. Buna görə də Azərbaycan tərəfi həm öz ərazilərimizdə müvafiq sənəd və xəritələrə uyğun olaraq mövqeləeini bərkitmək və təbii ki, bunu nümayiş etdirməlidir və etdirir də. Bu isə kimlərəsə xoş gəlmir. Lakin bu, onların öz problemidir, biz ərazi bütövlüyümüzü bərpa edirik, müstəqilliyimizi daima qoruyuruq və qoruyacağıq. Bütün bunlar da xalqımızın rifahı üçün,təhlükəsiz gələcəyi üçün edilir...”

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR