İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz limiti ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR

2412 23.08.2023 23:53 İqtisadiyyat A A

Hər il payız-qış ayları yaxınlaşdıqca, Azərbaycanda qaz limiti məsələsi yenidən gündəmə gəlir.

Adətən abonentlərin bir çoxu qışa qədər limiti keçir. Xüsusilə soyuq havaların uzun müddət davam etdiyi zamanlarda bunun şahidi oluruq. Nəzərə almaq lazımdır ki, bu il də havalar nisbətən gec isindi. Ölkənin bir çox yerində olduğu kimi, paytaxt Bakıda da mart-aprel aylarında kombilər işləyirdi.

Belə olan halda abonentlərin nə qədərinin qaz limitini keçdiyi də müzakirə predmetinə çevrilir.

Maraqlıdır, indiyə qədər abonentlərin nə qədər limiti keçib?

Cebhe.info bu barədə “Azəriqaz” İctimai Birliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq son statistikalar açıqlanıb:

“Limit daxilində qaz istehlak etmiş abonent sayı 66,3 faizdir. 20 qəpik tarifinə keçmiş abonent sayı 30,1 faizdir. Həmçinin, 25 qəpik tarifinə keçmiş abonent sayı 3,6 faizdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR