İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda 17 yaşlı qız qətlə yetirilib

1155 04.11.2022 22:56 Kriminal A A

Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib. Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR