İnsanlara hürriyət, millətlərə istiqlal!

Qax sakini bıçaqlanıb

349 26.07.2023 13:15 Kriminal A A

Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-un Şimal-qərb bürosuna verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR