İnsanlara hürriyət, millətlərə istiqlal!

Qavi Xavini heyran edib

776 16.01.2023 15:42 İdman A A

"Barselona"nın baş məşqçisi Xavi Ernandes İspaniya Superkubokunun finalında "Real"a qalib gəldikləri oyunda (3:1) inamlı oyunu ilə seçilən Qavinin performansından danışıb.

Qol.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, gənc yarımmüdafiəçini tərifləməkdən heç vaxt yorulmayacaq:

“Mənim daha sözüm yoxdur. Bu saf ehtiras, təmiz ruhdur. O, oynamayanda özümüzü pis hiss edirik. Onun cəmi 18 yaşı olmasına baxmayaraq, komandaya çox təsir edir. Qavi bütün ürəyini oyuna qoyur. Bu, inanılmazdır. O, hamımızı ruhlandırır. Qavi anadangəlmə liderdir. Etdikləri onun içindən gəlir".

Qeyd edək ki, Qavi oyunda 1 qol, 2 qol ötürməsi ilə yadda qalıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR