2026-cı il dünya çempionatının D qrupunda ilk turun ən gözlənilməz nəticələrindən biri qeydə alınıb. Turnirə böyük ümidlərlə başlayan Türkiyə millisi Avstraliya ilə qarşılaşmada 2:0 hesabı ilə məğlub duruma düşərək azarkeşlərini məyus edib.
Musavat.com xəbər verir ki, qarşılaşmanın ilk qolunu 27-ci dəqiqədə Avstraliyanın gənc ulduzu Nestory İrankunda vurub.
Sürətli əks-hücumun sonunda fərqlənən futbolçu qardaş ölkənin müdafiəsini yaxalayaraq hesabı açıb.
Türkiyə oyunun gedişində topa daha çox nəzarət etsə də, yaratdığı imkanlardan yararlana bilməyib.
Matçın 75-ci dəqiqəsində isə Avstraliya növbəti zərbəni vurub. Komandanın yarımmüdafiəçisi Connor Metcalfe fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb və Avstraliyanı qələbəyə bir addım da yaxınlaşdırıb.
Beləliklə, 24 illik fasilədən sonra dünya çempionatına qayıdan Türkiyə millisi mundiala uğursuz start verib. Bu məğlubiyyət ay-ulduzluların qrupdan çıxmaq şanslarını xeyli çətinləşdirib. Türkiyə növbəti görüşlərdə xal itkisini kompensasiya etmək üçün maksimum nəticə qazanmağa çalışacaq.
Avstraliya isə intizamlı müdafiəsi, sürətli keçidləri və effektiv hücumları ilə D qrupunda ciddi rəqib olduğunu nümayiş etdirib.
Cavanşir Abbaslı,
Musavat.com






