İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı ŞAD XƏBƏR

6870 17.05.2023 15:14 Siyasət A A

"Slovakiya Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəkləyir".

Musavat.com xəbər verir ki, bu barədə mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kollar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Boris Kollar işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini qeyd edib, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR